Ey dadi bi dad danəndə dərviş
Bax bu gecənin müsəlmanlığında
Bir azdan açacaq dan yüzünün türklüyündə
Təbrizin adını yaz deyu çəkmək istəyirəm
Təbrizi yaz çəkmək çağırmaq istəyirəm
Hansısa bir türk dərvişi oğurlayıb yuxumu
Gecələr nədən bu ad mənə böylə doğmadır
Qız olsa sevərdim tutuşardım
Kişi olsa onunla zor günlərə dost dost olardım
Təbriz adı yaz fəslidir dersən dərvişliyi kal oğlan
Zaman onda biznillah güllərin ən alına dönüşər
Mən Təbrizi daha nə gül nə gül görməzdim
Mən Təbrizi dərviş qoynunda bir alma görmək istərdim
Min yıl gül yaşadım rəngimdən qokumdan sirr tutdu aləm
Gözəlliyim can yakdı tüm küllər mənimdir
İndi almayam alma heç ağac dal da tanımam
Dərvişlərin qoyun-qoltuğundan qadın bətni görürəm
Bundan sonra alma alma yaşamaq istəyirəm
Ya rəb utandırma məni bu ritmdən bu sözdən
Təbriz də sənin ozanlığım da (sənin )
Aləm yerindən oynar bir gün əlbət
Bir alma da mən dərvişinin qoynundan çıxar görərsən
Bunsuz olmur ya qafil
Hiç yorum yok:
Yorum Gönder